Ermənistanın Gəncədə törətdiyi terrorun qurbanları

Azərbaycanın Macarıstandakı səfirliyinin önündə Gəncədə Ermənistan ordusu tərəfindən dinc əhaliyə qarşı həyata keçirilən terror nəticəsində həlak olan qurbanların xatirəsi anılıb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı və fotoları Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev öz “Facebook” səhifəsində paylaşıb.

Səfirliyin giriş qapısına qərənfillər, şamlar, oyuncaqlar düzülüb, terror zamanı həlak olanların fotoları asılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR