ABŞ onları qara siyahıya saldı: İrana yardım etdikləri üçün

ABŞ İrana yardım etdiyi üçün bir neçə şəxsi və təşkilatı sanksiya siyahısına daxil edib.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə NAzirliyi məlumat yayıb. ABŞ iki Çin və bir Avstraliya vətəndaşını, həmçinin bir Avstraliya təşkilatını İranla əməkdaşlığa görə qara siyahıya salıb.

Çin vətəndaşlarına və təşkilatlara qarşı məhdudiyyətlər İran Silahlı Qüvvələrinə yardım etdiyi iddia olunan İranın IRISL nəqliyyat şirkətinə (İran İslam Respublikası Gəmiçilik Xətləri) dəstək göstərdikləri üçün tətbiq edilib.

Avstraliya sakini Əhməd Lukman Talib və onun şirkəti isə “terrorçuluğa maliyyə və maddi dəstək göstərdiklərinə görə” qara siyahıya alınıblar.

Mənbə: TASS


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR