.

“Azərbaycanın döyüş meydanında olan uğurlarına çox sevinirik ” - BMT-nin Pakistan üzrə eksperti Qaiser Navab

.

Ermənistan beynəlxalq arenada qəbul edilən heç bir konvensiyanın şərtlərinə əməl etmir. Bir neçə gün öncə işğalçı ölkənin hərbi əməliyyatlardan kənar- sivil insanların yaşadığı şəhərləri atəşə tutması nəticəsində çox sayda mülki vətəndaş həlak oldu. Onların arasında azyaşlı uşaqlar var idi.

Azərbaycanın qədim şəhəri Gəncəyə edilmiş xain həmlə nəticəsində zərər görən bütün azərbaycanlı qardaşlarımızın yanındayıq. Onların yaşadığı acını Pakistan xalqı dərindən hiss edir’’.

Bu özəl açıqlamanı Metbuat.az-a BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navab bildirib.

O qeyd etdi ki, Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistan böyük həssaslıq göstərir.


“Pakistan dünyada siyasi və hərbi baxımdan məsələlərin həllində çox böyük gücə sahibdir. Pakistanın bu istiqamətdə diaspora fəaliyyəti də güclüdür. Azərbaycana qarşı müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yol verilmiş ədalətsizliklərə Pakistanın diaspor təşkilatları da dərhal kəskin etirazlarını bildirirlər.

Azərbaycanın işğal olunmuş torpaqlarında insan haqlarının pozulması ilə əlaqədar olaraq Pakistan beynəlxalq aləmdə bu məsələnin həllində kifayət qədər böyük rol oynayıb. Xüsusilə BMT və bu kimi beynəlxaq təşkilatların tribunasından Azərbaycanın haqq səsini dünyaya çatdırıb.

ABŞ, Kanada, Avstraliya və dünyanın digər ölkələrində Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün Pakistan höküməti həm də xaricdəki Azərbaycan diasporası ilə ortaq müzakirələr aparır.

İki ölkə arasında olan daimi əlaqələr bir çox problemlərin dünya miqyasında həllinə töhvələr vermişdir ’’.

Qaiser Navab bildirdi ki, Pakistan daima Azərbaycan ilə hərbi, təhsil, informasiya texnologiyaları və telekommunikasiya sahəsindəki zəngin təcrübədən bəhrələnmişdir. Bu sahədə əməli tədbirlər həyata keçirilmişdir.


“Azərbaycan-Pakistan mədəni əlaqələri ənənəvi formalarından əlavə çoxtərəfli münasibətlər sistemində bəzi mədəni problemlərin həllinə də istiqamət götürmüşdür. Pakistan böyük və güclü dövlətdir. Azərbaycan Qafqazda gücünü sübut edən dövlətlərdəndir. Biz Azərbaycanda özümüz doğma hiss edirik. Pakistan xalqı dost Azərbaycana qardaş sevgisi bəsləyir.

Pakistan-Azərbaycan strateji tərəfdaşlardır. Bu iki ölkə arasında diplomatik münasibətlər qarşılıqlı hörmətə, eyni zamanda ortaq tarixi, dini və siyasi cəhətlərə əsaslanır.

Onların arasında diplomatik münasibətlərin qurulmasından bu yana bu ölkələrin hökumətləri, siyasi rəhbərləri mövcud dostluq və qardaşlıq bağlarının daha da inkişafına, möhkəmləndirilməsinə çalışıb’’.

Dağlıq Qarabağın Azərbaycanın qədim və tarixi ərazisi olduğunu bildirən ekspert qeyd etdi ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından təmizlənməsi nəticəsində Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə şərait yaranacaq.


“Pakistan Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanı hələ də müstəqil dövlət kimi tanımır. Pakistan parlamenti, senatı və xarici məsələlər üzrə daimi komitəsi Azərbaycan xalqı və hökumətilə həmrəy olduğunu dəfələrlə nümayiş etdirib.

Bu müharibə Azərbaycanın deyil. Bu bizim də savaşımızdır. Azərbaycan ordusu çox güclüdür. Pakistan Azərbaycanın döyüş meydanında olan uğurlarına çox sevinir’’.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR