x
Loading...
.

Millimizin və "Qarabağ"ın ev oyunları Azərbaycanda keçirilməyəcək

.

AzərbaycanErmənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoyulub.

Metbuat.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq belə qərar qəbul edib. Qərarın qeyri-müəyyən müddətə qədər qüvvədə olacağı bildirilib.

AFFA və Ermənistan Futbol Federasiyasına beynəlxalq oyunlar keçirmək üçün alternativ yerlər təklif etmələri tövsiyə olunub.

Həmçinin qeyd edilib ki, İcraiyyə Komitəsinin qərarı "Avro-2020"nin gələn ilin iyununda Bakıda keçirilməsi nəzərdə tutulan oyunlarına təsir göstərməyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR