Qarabağı işğaldan tam azad edənə qədər mübarizə BİTMƏMƏLİDİR -

Ermənilər özlərinə bu sualı verməlidirlər. “Nə üçün biz 30 ildir bu torpaqlardayıq?”. Nə üçün bizim uşaqlarımız cəhbədə ölür?”.

Bu açıqlamanı Metbuat.az-a Marmara Universitetinin professoru Ali Satan bildirib.

Professor deyir ki, Ermənistandan Qarabağ geri alındıqdan sonra Paşinyan hakimiyyətinin başlatdığı xaos daha da böyüyəcəkdir. Ermənistanın hazırki siyasi rejimi təhlükədədir.

“Bu günlər Azərbaycan tarixi üçün də yeni bir dönüş nöqtəsidir. 30 ildir işğal altında olan Qarabağ torpaqlarının azad olunması istiqamətində yaranmış bu vəziyyətdən Azərbaycanın sürətli bir şəkildə istifadə etməlidir. Cəbhədə qazanılan uğurlar da bunun əyani sübutudur. Qarabağın qurtarılması Azərbaycanın hazırda ən vacib işidir.

Beynəlxalq təşkilatlar bu günə qədər Azərbaycanın haqq səsinin eşidib bu məsələnin həllində müsbət bir addım atmadılar. Burada tək çarə Azərbaycan dövlətinin vətən coğrafiyasını ayrılmaz parçası olan Qarabağı işğaldan hərb yolu ilə qurtarmaqdır ”.

Ali Satan bildirdi ki, bu gün istər Avropa istərsə də Qərb dünyası baş verən bu terrorizmə reaksiya vermirlər. Çünki onlar 150-ildir Ermənistan ilə birlikdə qarşılıqlı işbirliyi çərçivəsində münasibətdədirlər.

“Bu qardaşlığın yaratdığı günahkarlıq hissi onları Azərbaycanda baş verən hadisələrə göz yummağa vadar edir. Ancaq bunu da unutmayaq ki, dünya təkcə Avropa və onun maraqlarında ibarət deyildir.

Hazırda Azərbaycanın haqlı savaşında onu dəstəkləyən ölkələr çoxdur. Ermənistan cəbhədə savaşmaqdansa hərbi əməliyyatların aparılmadığı şəhərləri, sivil vətəndaşları raket atəşinə tutur. Məhsum mülkü əhaliyə vurulan həm maddi həm mənəvi zərər dünyanın vicdanını qanadır.

Biz istəmirik mülki vətəndaşımız bu olaylarda zərər görsün həmçinin azyaşlı uşaqlar erməni terrorunun qurbanı olsunlar. Biz səbr və mətanət ilə mübarizəmizə davam etmək məcburiyyətindəyik ”.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları tam azad olunmayana qədər bu mübarizə bitməməlidir...

“Hazır ki hərbi əməliyyatlar nəyin ki, Azərbaycanın həmçinin bütün Qafqazın, Türk dünyasının xeyrinədir. Bu işğalın sona yetirilməsi ilə Qafqazda sülh və sabitlik bərpa olacaqdır.

Biz Azərbaycan prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə bütün işğal olunmuş torpaqların azad ediləcəyinə inanırıq. Bu haqlı savaşda şəhid olan igidlərimizə Allahdan rəhmət diləyirəm .

Hazırda cəbhədə savaşan əskərlərin isə Allah yar və yardımçısı olsun ”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR