İranda son 24 saatda koronavirusdan ölənlərin sayı 300-ü keçdi

İranda ötən sutka ərzində 312 nəfər koronavirusdan (COVID-19) ölüb.

Metbuat.az bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 31346 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində5616 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 545286 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 438709 nəfərkoronavirusdan sağalıb.

Mənbə: İRNA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR