“10 aylıq uşağı öldürüb “azadlıq” deyə bağıra bilməzsən” - Mustafa Ceceli

.

Məşhur müğənni-bəstəkar Mustafa Ceceli Ermənistanın Azərbaycana qarşı son təxribatlarından danışıb.

Metbuat.az xəbər verir ki, bir neçə gündür sosial şəbəkədə paylaşımlar edən sənətçi bu mövzuda növbəti dəfə Türkiyə KİV-nə danışıb. İfaçı ermənilərin mülki şəxsləri qətlə yetirməsini qınayıb:

“Uşaqları öldürürsənsə, insan deyilsən. 10 aylıq bir uşağı öldürüb, sonra çıxıb “azadlıq” deyə bağıra bilməzsən. Azərbaycandakı dostlarımla davamlı olaraq əlaqə saxlayıram. Ürəyimiz onlarladır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR