Təbrizdə Qarabağa dəstək olan 9 qadın həbs olundu -

Qarabağda savaşlar başlayandan Güney Azərbaycanda Ordumuza və Quzey Azərbaycana dəstək üçün aksiyalar keçirilib.

Metbuat.az xəbər verir ki, belə aksiyalardan biri də, 18 oktyabr tarixində İranın "Norduz" keçid məntəqəsi ilə Ermənistana silah göndərilməsinə etiraz olaraq Təbrizdə baş tutub.

İranın "Norduz"u bağlamamasına etirazı, Qaradağa və Ordumuza dəstək bildirən şüarların səsləndirildiyi aksiyada yüzlərlə soydaşımız iştirak edib.

Aksiyanın dinc şəkildə keçirilməsinə baxmayaraq, İran polisi tərəfindən aksiya iştirakçıları zorakılığa məruz qalıblar. Bir neçə saat davam edən aksiyada 100-dən çox aksiyaçı həbs edilib. Aksiyada iştirak edənlərə polislər tərəfindən müxtəlif bədən xəsarətləri yetirilib. Təbrizdə keçirilən son aksiyada həbs edilənlər arasında doqquz qadın da var.

Onlar, Fatimə İbrahimzadə, Aylin Şirzadi, Məhtab Əsgari, Sara Turi, Şima Əlmasi, Həbibə ( Məlihə) Bərgi, Mina Vəlipur, Səkinə Əbdi( dünən xəstə olduğu üçün azad edilib), Kosər Nemətidir. (Fatimə İbrahimzadənin 13 yaşlı qızı) 13 yaşlı Kosər və xəstə olan Səkinə Əbdi azadlığa buraxılsa da, digərləri hələ də zindanda saxlanılır.

Bir neçə gün öncə bəzi İran rəsmiləri sözdə Azərbaycana dəstək olduqlarını bildirsələr də, reallıq budur ki, İran, Azərbaycana və Qarabağa dəstək olan insanları qadın-kişi demədən həbs edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR