300 milyon manatdan çox yığılmış zərəri olan "Yelo Bank"ın sədrindən açıqlama

.

2020-ci ilin 9 ayını 23 milyon 193 min manat zərər ilə başa vurmuş Yelo Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia maliyyə nəticələrini şərh edib.

Metbuat.az xəbər verir ki, Bankın sədri optimist danışıb və hazırda görülən işlərin maliyyə göstəricilərində öz əksini tapacağını bildirib:

“Hazırki dövrdə əsas vəzifəmiz müştərilərimizin gözləntilərini və ehtiyaclarını ən yüksək səviyyədə qarşılamaqdır. Bizim üçün müştərilərimiz daim birinci yerdədir. Yelo komandası bankın strategiyasına uyğun olaraq əməliyyatlarımızı dünya standartlarına uyğun transfomasiya etmək üçün yorulmadan, fədakarlıqla çalışır. Biz davamlı olaraq yeni texnologiyalara sərmayə qoyur, qabaqcıl rəqəmsal məhsullar təqdim edir, yeni filiallar açır və parlaq bankçılıq konsepsiyasında müasirləşirik. Gördüyümüz məqsədyönlü işlərin nəticəsi müştərilərimizin məmnuniyyəti və maliyyə göstəricilərimizdə öz əksini tapacaq".

Xəbər verdiyimiz kimi, Yelo Bankın gəlirləri xərclərini örtmür. Zərəri artan Bankın məcmu kapitalı "əriyir". 30 Sentyabr 2020-ci il tarixində Yelo Bankın yığılmış zərəri 308 milyon 564 min manata çatıb. (marja.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR