Ərdoğan və Ruhani arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” yayıb.

Məlumata görə, Türkiyə-İran münasibətlərini inkişaf etdirəcək və terrorla mübarizədə əməkdaşlığı gücləndirəcək məqamların müzakirəsi gedən danışıqda Azərbaycan-Ermənistan münaqişəsi və Suriya başda olmaqla regional məsələlər üzrə fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR