"Azərbaycan ərazilərinin işğalı əbədi davam edə bilməz" -

"Rusiya Dağlıq Qarabağa dair kompromis tapmaq istəyir".

Metbuat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

V.Putin bildirib ki, o, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla gün ərzində bir neçə dəfə telefonla danışır: "Mən çox istərdim ki, Dağlıq Qarabağla bağlı bu kompromis tapılsın. Çünkji bu münaqişə dostlarımızla baş verir”.

V.Putin Azərbaycan və Ermənistan XİN rəhbərlərinin qarşıdakı Vaşinqton görüşünə də toxunub: "Həm Azərbaycanın, həm də Ermənistanın Xarici İşlər nazirləri bir daha Moskvaya gəldilər. Oktyabrın 23-də Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə həmrəylik göstərəcək və nizamlanmaya kömək edəcəklər. Ən yaxşısına ümid edək".

Rusiya lideri daha sonra deyib: "Bu münaqişə yalnız dövlətlərarası qarşıdurma və ərazilər uğrunda mübarizə kimi başlamayıb, etnik qarşıdurma ilə başlayıb. Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi belə bir vəziyyət əbədi davam edə bilməz".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR