Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezidentə məktub göndərdi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Metbuat.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Gəncə şəhərində son günlərdə yaşayış binalarına edilmiş hücum nəticəsində, habelə Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda həyatını itirmiş insanların yaxınlarına və zərər çəkmiş şəxslərə dərin hüznlə başsağlığı vermək istərdik. Mülki insanlara qarşı yönəlmiş bütün qanunsuz hərəkətləri qınayırıq.

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın BMT tərəfindən qəbul edilmiş ərazi bütövlüyü çərçivəsində dərhal icra edilməlidir.

Cənab Prezident, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri xanım Vayra Vike-Freyberqa, İsmail Serageldin və Mərkəzin baş katibi Dağlıq Qarabağla bağlı təbliğat işləri aparmaq məqsədilə hər həftə beynəlxalq səviyyədə tanınmış şəxslərin və alimlərin bir araya toplaşdığı veb-konfrans təşkil edirlər.

Bir-birimizə hörmətlə yanaşdığımız Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sizin dostlarınızın bir araya gəldiyi ailədir.

Cənab Prezident, Sizə yüksək hörmət və ehtiramımızı bildiririk.

Oskar Ribas Reyq
1982-1984, 1990-1994-cü illərdə Andorranın Baş Naziri,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Musa Mara
2014-2015-ci illərdə Malinin Baş Naziri,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR