x
Loading...
.

ABŞ koronavirusu bu dərmanla müalicə edəcək - FOTO

.

ABŞ Qida və Dərman İdarəsi (FDA) , yeni bir növ koronavirusun (Covid-19) müalicəsində tətbiq edilməsi planlaşdırılan dərmanı təsdiqləyib.

Metbuat.az xəbər verir ki, ABŞ-ın Milli Səhiyyə İnstitutları tərəfindən aparılan genişmiqyaslı bir araşdırmada, koronavirusdan müalicə müddətini beş gün qısaldan "Veklury"- adlı dərmanın Covid-19 müalicəsində istifadəsi təsdiqlənib.

Bu barədə yayımlanan açılamada bildirilir ki, "Veklury'', koronavirus infeksiyası səbəbiylə xəstəxanaya yerləşdirilən ən az 12 yaşında və 40 kq-dan yuxarı insanların müalicəsi üçün təsdiq edilib.

Dərmanın malyariya müalicəsində istifadə olunan hidroksixlorokinlə birlikdə qəbulu onun təsirini gücləndirir.

Qeyd edək ki, təxminən 50 ölkədə təsdiqlənmiş və müvəqqəti icazə verilən dərman ABŞ prezidenti Donald Tramp tərəfindən də istifadə edilmişdir.\

Mənbə:AA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR