Ağstafada iki maşın toqquşdu - Xəsarət alanlar var

.

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı avtomobillə "Hyundai" markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları və təcilli tibbi yardım briqadası cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR