x
Loading...
.

“Həzi Aslanov 110: Vətənin qəhrəman oğlu” müsabiqəsinin qalibləri müəyyən olunub

.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə bağlı Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) maliyyə dəstəyi və Lənkəran şəhəri Kiçik Bazar “Hüseyniyyə” məscidi dini icmasının təşkilatçılığı ilə keçirilən “Həzi Aslanov 110: Vətənin qəhrəman oğlu” müsabiqəsinə yekun vurulub.

Məlumat üçün bildirək ki, müsabiqəyə ümumilikdə 58 iştirakçı müraciət edib. Belə ki, ölkəmizin cənub bölgəsinin (Lənkəran, Astara, Lerik, Masallı, YardımlıCəlilabad) müxtəlif rayonlarından olan iştirakçılar hazırladıqları inşa, şəkil, videoçarx və şeirləri müsabiqəyə təqdim ediblər. Qaliblər üç nəfərlik münsiflər heyəti tərəfindən müəyyən edilib.

Qaliblərə xüsusi karantin rejiminin qaydalarına əməl edilməklə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran şəhəri 5 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Ağacəfər Fətullayev və Lənkəran şəhəri Həzi Aslanovun ev muzeyinin direktoru Cəmilə Şərifova tərəfindən mükafatlar təqdim olunub..

Qeyd edək ki, müsabiqənin qalibləri “Həzi Aslanov 110: Vətənin qəhrəman oğlu” müsabiqəsi üçün hazırladıqları materialları hal-hazırda işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən əsgər və zabitlərimizə, həmçinin şəhidlərimizin ruhuna ithaf ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR