.

Üzünə tüpürən qadını itələyərək avtobusdan çölə atdı - ANBAAN VİDEO

.

Avtobusda sərnişin kişi üzünə tüpürən qadını itələyərək avtobusun qapısından çölə atıb.

Metbuat.az xəbər verir ki, Kanadanın Vankuver şəhərində dayanacaqların birində avtobusa maskasız daxil olan qadınla avtobusdakı kişi sərnişin arasında mübahisə baş verib. Uzun sürən mübahisədən sonra qadın ona iyrənc dediyinə görə sərnişinin üzünə tüpürüb. Kişi sərnişin isə anlıq reaksiya verərək şiddətlə qadını itələyərək avtobusdan kənara atıb.

Sənişinlər tərəfindən hadisə mobil telefonla qeydə alınıb. Hadisə ilə bağlı Vankuver polisi araşdırma aparıb. Pandemiya ilə bağlı ictimai nəqliyyatda tibbi maskadan istifadə məcburi olduğu bildirilir. Digər tərəfdən, Kanadada kiməsə tüpürmək hücum olaraq xarakterizə edildiyi üçün qadına qarşı istintaqın aparılması gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR