x
Loading...

Türkiyə və Fransa arasında diplomatik qalmaqal: Səfir geri çağrıldı

Fransa Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfiri Herve Magronu ölkəsinə geri çağırıb.

Metbuat.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, səfirliyin yaydığı açıqlamada bildirilib ki, səfir məsləhətləşmələr üçün Fransaya geri çağırılıb.

Açıqlamada bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makron haqqındakı fikirlərinin qəbuledilməz olduğu bildirilib.

Qeyd edək ki, bu gün R.T.Ərdoğan Kayseridəki çıxışında E.Macronun islam dininə və Türkiyəyə qarşı qərəzinin anlaşılmadığını deyib. Ərdoğan Makronun bu davranışlarına - psixoloji probleminə görə müalicəyə ehtiyacı olduğunu bildirib və xalqının yanında etimadını itirdiyi üçün gələn il Fransada keçirilən seçkilərdə qalib olmayacağına inandığını vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR