Bakıda ən çox yoluxma olan rayon açıqlandı

Bakının rayonları üzrə koronavirus infeksiyasına yoluxma statistikası açıqlanıb.

Metbuat.az koronavirus.info saytına istinadən xəbər verir ki, ən yüksək yoluxma Binəqədi rayonunda qeydə alınıb. Bu rayon üzrə yoluxma 14.5 faizdir.

Xətaidə yoluxma 12.6 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.6 faiz, Nəsimidə 8.7 faiz, Nərimanovda 8.1 faiz, Suraxanıda 7.9 faiz, Nizamidə 7.2 faiz, Qaradağda 7.0 faiz, , Xəzərdə 5.7 faiz, Səbaildə 4.7 faiz, Pirallahıda 0.3 faiz təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR