Hikmət Hacıyev Arturun anım mərasimindən video paylaşdı

“Gəncə: Aleksandr Nevski kilsəsi, Ermənistanın Gəncəyə ballistik raket zərbəsi nəticəsində həlak olan Rusiya vətəndaşı Artur Mayakov üçün anım mərasimi. Əziz Artur, qəbrin nurla dolsun”.

Metbuat.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Tvitter" hesabında yazıb.

Hikmət Hacıyev kilsədən görüntülər paylaşıb.

Xatırladaq ki, 17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin “SCUD” tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç həkimlərin səylərinə baxmayaraq oktyabrın 24-də stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR