Bu ölkənin Baş naziri də koronavirusa yoluxdu

Koronavirus xəstəsi olan bir şəxslə təmasda olduğu üçün karantinə alınan Bolqarıstanın Baş naziri Boyko Borisovun COVID-19 testi pozitiv çıxıb.

Metbuat.az xəbər verir ki, bu barədə baş nazir "Facebook"da bildirib:

“Regional tibbi yoxlama qurumunun mənim karantinimi ləğv etməsinə baxmayaraq, cümə günü bütün iclaslarımı və kütləvi tədbirlərimi önümüzdəki günlərədək təxirə saldım. İki koronavirus testindən sonra bu gün nəticəm müsbət oldu”.

B.Borisov ümumilikdə “ümumi halsızlıq” hiss etdiyini və indi “evdə müalicə aldığını” qeyd edib.

Mənbə: RİA Novosti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR