ABŞ-da Tramp tərəfdarları ilə ona qarşı olan qrup arasında kütləvi dava yaşanıb

ABŞ-da prezident seçkilərinə bir neçə gün qalmış Donald Tramp tərəfdarları ilə ona qarşı qruplar arasında toqquşma baş verib.

Metbuat.az xəbər verir ki, Nyu-Yorkda meydana gələn kütləvi davada birçox şəxs yaralanıb. "Trump Tower"in qarşısından hərəkət etməyə başlayan Tramp dəstəkçilərinin "Qaradərililərin həyatı önəmlidir" qrupu ilə rastlaşması davaya səbəb olub. Hadisəyə polis müdaxilə edib, çox sayda insanın saxlanıldığı bildirilib.

Qeyd edək ki, may ayında qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-da Trampa qarşı aksiyalar başlanmışdı.

Mənbə: CNN Türk


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR