Azərbaycan millisi ev oyununu bu ölkədə keçirəcək

.

UEFA Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Monteneqro oyununun məkanı bəlli olub.

Metbuat.az xəbər verir ki, matç noyabrın 14-də Xorvatiyanın paytaxtı Zaqrebdəki "Maksimir" stadionunda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandanın IV turda Kiprlə qolsuz heç-heçə etdiyi görüş Albaniyanın Elbasan şəhərində gerçəkləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR