Riçard Almeyda rəsmən Zirə klubunda

.

"Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.

Metbuat.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi Riçard Almeydayla bu mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 22 oyunda 3 dəfə fərqlənən Almeyda daha əvvəl ölkəmizdə "Qarabağ"ın, həmçinin Braziliyanın "Sante Andrade", Portuqaliyanın "Jil Visente", Qazaxıstanın "Astana" və Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klublarında çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR