Rusiyada tibbi maska taxmaq məcburi oldu

Rusiyada kütləvi yerlərdə - ictimai nəqliyyatda, avtomobil dayanacaqlarında və liftlərdə tibbi maska taxmaq məcburi olub.

Metbuat.az xəbər verir ki, bununla bağlı “Rospotrebnadzor” tərəfindən müvafiq qərar yeni növ koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi çərçivəsində qəbul olunub.

Eyni zamanda “Rospotrebnadzor” əyləncə tədbirlərinin və ictimai-iaşə müəssisələrinin fəaliyyətinin saat 23:00-dan 06:00-dək dayandırılmasını da tövsiyə edib.

Mənbə: TASS


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR