.

SON DƏQİQƏ: Azərbaycanda məşhur jurnalist vəfat etdi

.

Sumqayıt” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qüdrət Məlikov 79 yaşında vəfat edib.

Metbuat.az bildirir ki, Azərbaycanın ilk mətbu orqanı olan "Əkinçi" qəzetinin naşiri Həsənbəy Zərdabinin nəslindən olan Qüdrət Məlikov saysız-hesabsız publisistik yazıların və oçerklərin müəllifidir.

2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adına layiq görülüb.

Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə 16 noyabr 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR