İranda son sutkada koronavirusdan 346 nəfər öldü

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 346 nəfər ölüb.

Metbuat.az bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. S. Sadat Larinin sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 33 299 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 968 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 581 624 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 463 611 nəfər koronavirusdan sağalıb.

Mənbə: İRNA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR