Ermənistanı müharibə cinayətlərini dayandırmağa çağırırıq - Türkiyə XİN

.

Türkiyə Xarici İşlər Nazirliyi Bərdənin atəşə tutulması ilə bağlı bəyanat yayıb.

Metbuat.az-ın məlumatına görə, bəyanatda bildirilib ki, 26 oktyabrda elan edilən atəşkəsə baxmayaraq, Ermənistanın Azərbaycandakı münaqişə zonası xaricindəki mülki yaşayış məntəqələrinə qarşı davam etdiyi bütün ümumbəşəri və mənəvi dəyərləri tapdayan hücumları heç bir halda qəbul edilə bilməz:

"Ermənistan Minsk Qrupu həmsədrlərinin təşəbbüsləri ilə bu günə qədər elan edilmiş 3 atəşkəsi pozsa da, həmsədrlərin bu pozuntulara reaksiya verməməsi bizi düşündürür"

Həmçinin qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə etdiyi qanlı hücumun qurbanı olan qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik və bütün Azərbaycan xalqına başsağlığı veririk:

"Ermənistanın bu qeyri-insani hücumunu qətiyyətlə pisləyirik, vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanı davam etdirdiyi müharibə cinayətlərini dayandırmağa çağırırıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR