“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir" - Lük Koffi

.

“The Heritage Foundation” nəzdində Ellison Xarici Siyasət Araşdırma Mərkəzinin direktoru Lük Koffi Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə apardığı əks-hücum əməliyyatları ilə bağlı fikirlərini bölüşüb.

Metbuat.az xəbər verir ki, şəxsi “Twitter” hesabında paylaşım edən Lük Koffi bu paylaşımında Azərbaycan ordusunun yeni mərhələyə qədəm qoyduğuna işarə edib.

“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir. Laçın 1992-ci ilin mayından bəri erməni işğalı altındadır. Ermənistanı Dağlıq Qarabağ ilə birləşdirən əsas yol oradan keçir. Doğrudursa, müharibə yeni mərhələyə qədəm qoyub”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR