Fransanın Nitsa şəhərində kilsə yaxınlığında meydana gələn hücum nəticəsində 3 nəfər ölüb, çox sayda yaralı var.
Metbuat.az xəbər verir ki, şəhərin bələdiyyə sədri hadisənin bir terror hücumu ola biləcəyini deyib. Fransız siyasətçi Marine Le Pen bir qadının başının kəsildiyini açıqlayıb. Şübhəli şəxs kimi 1 nəfər saxlanılıb.
Qeyd edək ki, oktaybrın 16-da 47 yaşlı müəllim Samuel Pati Məhəmməd peyğəmbərin karikaturalarını şagirdlərə göstərdiyi üçün başı kəsilərək öldürülmüşdü. Bundan sonra bəzi fransızlar sözügedən karikaturalarla aksiya keçirmişdi.
Mənbə: The Guardian