SON DƏQİQƏ: Müsəlman ölkəsində Fransa səfirliyinə hücum edildi

Səudiyyə Ərəbistanının Ciddə şəhərində Fransa səfirliyinə hücum olub.

Metbuat.az xəbər verir ki, səfirliyin təhlükəsizlik işçisinə "kəskin bir alətlə" hücum edilib. Hadisə ilə bağlı 1 nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, Fransa prezidenti Emanuel Makronun müsəlmanlarla bağlı son çıxışları İslam ölkələrində sərt reaksiyaya səbəb olub. Bir çox ölkələr Fransa markalarını boykot ediblər.

Mənbə: Hurriyet


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR