.

Rusiyada son sutkada 18 min insan koronavirusa yoluxub

.

Rusiyada son sutka ərzində daha 18 283 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Metbuat.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 1 599 976 nəfərə çatıb. Son sutka ərzində 355 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 27 656 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Mənbə: RİA Novosti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR