Ənənəvi təhsilə keçid nə zaman mümkün olacaqdır? - AÇIQLAMA

.

Son günlər koronavirusun kəskin artması və hərbi vəziyyətlə əlaqədar amilləri nəzərə alaraq bütün təhsil müəssisələrində tətil elan edildi.

Metbuat.az xəbər verir ki, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirdi ki, bu günə ən optimal qərar verilib və bütün təhsil müəssisələrində onlayn tədrisə keçirilib.

“Bu qərarın icrası barədə təhsil eksperti Elçin Əfəndi Metbuat.az-a özəl müsahibəsində bildirdi ki, mövcud vəziyyətin təhlili onu deməyə əsas verir ki, müəyyən məsələlərin həllindən sonra ənənəvi təhsilə keçid reallaşa biləcəkdir.

“İnternetin bərpası hazırda mümkün deyil. Ölkə başçısı Cənab İlham Əliyevin hərbi vəziyyət ilə əlaqədar dediklərinə əsasən qeyd edə bilərəm ki, birinci mərhələdə işğaldan azad olunması nəzərdə tutulan torpaqların bizə qaytarılmasından sonra internetin bərpası mümkün olacaqdır.

Hələlik vəziyyət düzələnə qədər alternativ vasitə kimi televiziya kanalları vasitəsi ilə keçirilən dərslər şagirdlərin bu mərhələdə biliklərinin inkişafında kömək olacaqdır”.

Bəs ölkə ərazisində ənənəvi təhsilə keçid nə zaman tam mümkün olacaqdır?

“Düşünürəm ki, ilin sonuna qədər bu vəziyyət davam edəcəkdir. İnternetin ölkə ərazisində bərpasından sonra distant təhsil vasitəsi ilə şagird və tələbələrin təhsillərinə davam etməsi mümkün olacaqdır .Ənənəvi təhsilə keçid prosesi isə mart ayında reallaşa biləcəkdir. Yanvar ayından sonra ali və orta təhsil müəssisələrində qış semestr imtahanları yekunlaşacaq. Bundan sonra ölkədə mövcud durum qiymətləndirilərək ənənəvi təhsilə keçid mümkün ola bilər”.

Təhsil naziri Emin Əmrullayevin bu dəfə ki çıxışında sevindirici bir məqam da ondan ibarət oldu ki, VPN-siz platformaya qoşulmaq mümkün olacaqdır.

“TEAMS-in bərpası üçün çoxlu işlər görülüb, aidiyyəti dövlət qurumları ilə həmin platformaların işləməsi üçün testlər aparılıb. Təbii ki, müəyyən problemlər var, internetin keyfiyyəti və s. Amma eyni zamanda bir çox hallarda VPN istifadəsi mane olur, ona görə də bu platformalar VPN-siz işləyəcək.

Bildirim ki, təəssüflər olsun ki, cəbhə bölgəsinə yaxın rayonlarda şagirdlərin internetə qoşulmağı hazır ki vəziyyət ilə əlaqədar mümkün olmayacaqdır”.

Ali və orta məktəblərdə təhsil ödənişləri barədə müəyyən güzəştlərin edilməsi nəzərdə tutulmur. Bu məsələyə münasibət bildirən Elçin Əfəndi qeyd etdi ki, yaxşı olardı ki, tələbələrin ödənişlərindən müəyyən məbləğlər çıxmaq ilə onlara köməklik göstərilsin.

“Tələbələrin internetə qoşulmalarını təmin etmək üçün ən azından o məsələlər düşünülmək ilə onların təhsil ödənişlərindən minimum məbləğdə belə güzəşt edilməsi təqdirəlayiq olardı”.

Qeyd edək ki, Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib ki,ümumilikdə uşaq bağçalarında olan təhsil fasiləsi davam edir və fəaliyyəti bərpa edilmir, bu məsələ ən azı 2 həftədən tez olmayacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR