“Uşaqlarım sənə əmanət, şəhid olsam başımın ucalığıdır”- Həkim şəhidimiz Arəstə Baxışovanın SON SÖZLƏRİ / VİDEO

.

AzTV ikinci Qarabağ müharibəsinin ilk xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışova haqda süjet hazırlayıb.

Metbuat.az xəbər verir ki, süjetdə yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olan Arəstənin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüb.

Şəhidin anası Məktubə Baxışova qızının cəbhəyə könüllü olaraq getdiyini bildirib:

“Dedi ki, “ana mən hərbiyə getmək istəyirəm. Uşaqlarım sənə əmanət. Vətən uğrunda şəhid olsam, o, mənim başımın ucalığıdır”.

Xanım şəhidimizin 11 yaşlı oğlu Mərdan Məmmədli isə anası ilə son söhbətini belə xatırlayır:

“Hər dəfə zəng edərdi, soruşardı. Bir neçə dəfə zəng etdim, cavab vermədi. Daha sonra telefonu açdı, səsi birtəhər gəlirdi. Fikirləşdim ki, xəstələnib. Soruşdum nə olub? Dedi yaxşıyam, nənənin sözündən çıxmayın, dərslərinizi oxuyun, bacına da yaxşı bax”.

Sözügedən videomaterialı təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR