Əli Əsədov Türkiyənin Vitse-prezidentinə

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 30-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya telefonla zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Nazir Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb.

Fuat Oktay telefon zənginə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR