Ermənilər Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub

Ermənistan Silahlı Qüvvələri Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının. Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twiter” hesabında məlumat verib.

Raketin fotosunu yerləşdirən H.Hacıyev qeyd edib:

“Ermənistan Tərtər rayonunun Ələsgərli kəndinə “Smerç” raketi atıb. Raket tezliklə ANAMA tərəfindən ləğv ediləcək. Raket xoşbəxtlikdən partlamayıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR