İzmirdə baş verən 6.6 bal gücündə zəlzələdən sonra axtarış və xilasetmə işləri davam edir.
Metbuat.az xəbər verir ki, Türkiyənin İzmir şəhərində baş verən zəlzələdən ən çox zərər görən Bayraqlı bölgəsi olub.
Son məlumatlara əsasən dağıntılar altında iti ilə birlikdə qalan 16 yaşlı İnci çıxarılıb. O, təxminən 17 saat boyunca dağıntıların altında qalıb.
Böyük səylər nəticəsində əvvəl iti Püstə və sonra 16 yaşlı İnci xilas edilib.
Məlumat üçün bildirək ki, Türkiyənin İzmir şəhərində 6,9 ballıq zəlzələnin ardınca afterşoklar davam edir. Bu gün səhər 5 bal gücündə daha bir zəlzələ olub. İzmirdə hiss edilən zəlzələ 7.1 km dərinlikdə qeydə alınıb.
Mənbə:Cnntürk