Paşinyan Putinə məktub göndərdi -

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub göndərərək ondan Ermənistana yardım göstərilməsi üzrə "təcili məsləhətləşmələrə başlamağı" xahiş edib.

Metbuat.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

N.Paşinyanın belə müraciətinin 1997-ci ildə imzalanmış “Rusiya və Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsi”nin ikinci bəndinə əsaslandığı vurğulanır.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş əraziləri azad etmək məqsədilə keçirdiyi əks-hücum əməliyyatı başlayandan bəri Ermənistanın baş naziri dəfələrlə Rusiya prezidentindən yardım dilənib. Buna qədər o, telefonla əlaqə saxlamağa çalışardı.

Hətta Oktyabrda “Rossiya-1” telekanalı V.Putinin hökumət üzvləri ilə keçirdiyi iclas zamanı Ermənistan baş naziri Nikol Paşinyanın Kremlə aramsız zənglərini əks etdirən kadrlar yayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR