“Gürcü arzusu” qələbəni qeyd edir: Seçkinin ilkin nəticələri açıqlandı

.

Gürcüstanda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Metbuat.az xəbər verir ki, ABŞ-ın “Public Opinion Strategies” şirkətinin keçirdiyi “exit-poll”un nəticələrinə əsasən, seçkilərdə “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 55 faiz, Vahid Milli Hərəkat Partiyası isə 23 faiz səs yığıb. Üçüncü yerdə cəmi 3 faiz səslə Avropalı Gürcüstan Partiyası qərarlaşıb.

Nəticələr elan olunduqdan sonra hakim "Gürcü arzusu" partiyasının fəalları qələbəni qeyd edirlər. Partiyanın sədri Bidzina İvanişvili tərəfdarlarını qələbə münasibətilə təbrik edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR