İşğalçı ermənilərin Bərdəyə xain hücumunun yeni görüntüləri yayıldı -

Ermənistanın Bərdə şəhərini raket atəşinə tutmasının yeni görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, düşmən növbəti dəfə Bərdə şəhərində dinc əhalini, mülki obyektləri raket atəşinə tutub.

Bərdədə küçədə qoyulan təhlükəsizlik kameraları tərəfindən qeydə alınan raket hücumunun anbaan görüntüləri sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, oktyabrın 28-də Ermənistan silahlı bölmələrinin dinc sakinləri hədəfə alaraq, Bərdəni atəşə tutması nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR