Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 100-ə çatdı

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 100-ə, yaralananların sayı isə 994-ə yüksəlib.

Metbuat.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, 994 yaralıdan 147-nin müalicəsi müxtəlif xəstəxanalarda davam edir.

Xatırladaq ki, oktyabrın 30-da Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR