x
Loading...
.

İzmir zəlzələsindən 91 saat sonra möcüzə baş verdi - FOTOLAR

.

İzmirdə meydana gələn zəlzələdən 91 saat sonra 4 yaşlı qız dağıntılar altından sağ çıxarılıb.

Metbuat.az xəbər verir ki, bu barədə İzmir Bələdiyyə sədri özünün sosial media hesabında yazıb:

"Uçan binanın dağıntılarından hamımızı həyəcanlandıran bir xəbər gəldi. Xilasetmə heyətimiz bir uşağı qurtardı. İnşallah sağ-salamat çıxarılacaq. Ümidlə gözləyirik".

Sözügedən uşaq Ayla Gezgini dağıntılar altından sağ çıxarmaq mümkün olub. Onu qurtaran heyət üzvlərindən biri proses barədə deyib:

"Qabyuyan maşın gördüm, arada idi. Əlini salladı. Çox gözəl gülümsəyirdi, sanki heç dağıntılar altında deyilmiş kimi".

Mənbə: Milliyet


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR