''Mən bu şücaəti nə ailəmə, nə də özümə görə etmişəm'' -

"İlk növbədə demək istəyirəm ki, mən bu şücaəti nə ailəmə, nə də özümə görə etmişəm. Bunu millətimə görə, Xalqıma görə, işğalda olan torpağıma görə etmişəm. Mən öz etdiyimi qəhrəmanlıq saymıram”.

Metbuat.az xəbər verir ki, bunu düşmənin 7 tankını məhv edən 26 yaşlı hərbçimiz Rüfət Əsədullayev AzTV-nin Astara rayonun Ərçivan kəndində onun evindən hazırladığı reportajında bildirib.

"Düşmənlə döyüşən elə hərbçilərimiz var ki, mənim etdiyim onların yanında zərrə qədər görünür. Mən həmişə fəxr etmişəm ki, bu Orduda xidmət edirəm. Talış, ləzgi ayrıseçkiliyi olmadan Orduda olan hamı azərbaycanlıdır. Hamir bir nəfər kimi Ali Baş Komandanın ətrafına yığışıb. Bu dəqiqə nə əmr versə, onu hamı yerinə yetirəcək”, - deyə Rüfət bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR