Fosfor bombasını ermənilər nə üçün istifadə edir? -

''Ermənistan ordusunun arsenalında olan silah-sursat indi istehsal olunmur. Onlar daha çox ikinci dünya müharibəsindən sonra 60-70-ci illərdə yaradılan bombalardır''.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli deyib.


''Bu bombaların böyük hissəsi artıq öz keyfiyyətini itirib. Hazırda Ermənistan elə düşünür ki, fosforlu bombalardan istifadə etmək ilə hər hansı bir ciddi nəticəyə nail ola bilər.Onlar düşünürlər ki, bu cəhdləri Azərbaycan ordusunun sürətli həmlələrinin qarşısını ala biləcəkdir.

Hərbi şərhçi deyir ki, 2016-cı ildə də Ermənistan mülki əhalinin yaşadığı ərazilərə fosforlu bombalar atmışdı. Bu faktı da Azərbaycan rəsmi olaraq dünya ictimaiyyətinin diqqətini çatdırmışdı.

''Bu erməni silahlı bölmələrinin beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş sursatlardan istifadəsinə dair ilk fakt deyil. Bəllidir ki, onlar təkcə fosforlu bomba ilə kifayətlənmirlər.

Düşmən müharibə qanunlarına zidd olaraq kassetli bombalardan da istifadə edib mülki əhalinin yaşadığı əraziləri atəşə tutur.


Düşünürəm ki, Ermənistan ordusunun bu silahlardan davamlı bir şəkildə istifadə etmək şansı qalmayacaqdır. Çünki Azərbaycan ordusunun düşmənə vurduğu dəqiq zərbələr onları həmlə etmək şansından məhrum edəcəkdir. Əgər düşmən yenidən fosforlu bombalardan istifadə edərsə bu onların vəziyyətini gərginləşdirəcək''.

Qeyd edək ki, fosfor tərkibli silahın istifadə edilməsinin qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər qəbul edilib.

İlk olaraq 1868-ci ildə Sankt-Peterburq deklarasiyasi qəbul edilib. Bundan başqa fosforlu bombalardan istifadəni qadağan edən Cenevrə konvensiyasının üçüncü protokolu mövcuddur. Bu silah 1993-cü ildə Cenevrə beynəlxalq konvensiyası ilə qadağan olunub. Sənədlərdə qeyd olunub ki, istənilən şəraitdə mülki əhaliyə olmaq etibarı ilə ayrı-ayrı mülki şəxslərə və ya mülki obyektlərə yandırıcı silahdan tətbiq etməklə hücum qadağan edilir. Amma buna baxmayaraq 2013-cü ildə Suriyada bu silah yenə istifadə olunub.

Qadağaya səbəb nədir?

Bu silahların əsas tərkibi, gücü və qorxulu tərəfi ağ fosfordur. Belə ki, ağ fosfor atmosferlə təmasa keçdikdə yanğın əmələ gəlir və bu zaman istilik 1300 dərəcəyə çatır. Yanğın ağ tüstü ilə müşahidə edilir və fosforun və ya oksigenlə təmasın bitməsinə qədər davam edir.

Ağ fosforun 0,05 qramı yetərlidir ki, insanı öldürsün. Partlayışdan sonra ətrafda olan hər şeyi yandırır. Bu xüsusiyyətinə görə, bəzən yanğın yaratmaq üçün də istifadə edilir. Ağ fosforlu mərmi hətta elə bir hal yaradır ki, yaralanmış insanları xilas etmək demək olar ki, mümkün olmur. Çünki mərmilərin qəlpələrinin yaratdığı yanıqlar olduqca dəhşətli olur. İnsanın dərisi tamamilə soyulur. Mərminin qəlpələri hətta suda belə sönmür.

Fosfor məzmunlu bombaların tüstüsü belə insanı öldürə, ciddi fəsadlar yarada bilər.

Xüsusi xəstəliyi olan şəxsləri, yaşlı insanları bu təsir belə öldürə bilər. Mülki əhalini hədəf alaraq atılan belə silahların yaradacağı nəticələr olduqca ağır ola bilər. Ermənilər terrorçu olduqlarını bu silahlardan istifadə etməklə bir daha sübut edirlər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR