İşğalçı Ermənistan ordusunun son çırpınışları:

Ermənistan ordusunda xaos, kütləvi fərarilik və özbaşınalıq halları getdikcə artır. Çoxsaylı itkilər düşmənin hərbi gücünü daha da azaldır və canlı qüvvəsi tükənir.

Erməni hərbçiləri arasında hökm sürən qorxu, təşviş və ruh düşkünlüyünü Ermənistan Ordusunu daha da çıxılmaz vəziyyətə salıb.

İşğalçı orduda vəziyyət o həddə çatıb ki, artır döyüşlərə getmək üçün məhbuslardan istifadə edirlər.

Metbuat.az xəbər verir ki, Ermənistan Baş Prokururluğu rəsmi şəkildə məhbusların azad edilərək Qarabağa aparıldığını etiraf edib.

Rəsmi şəkildə bildirilib ki, yenə 5 məhbus təcili olaraq azad edilib və onlar Qarabağa göndəriliblər.

Ermənistanın Baş prokurorluğu Ermənistan Ordusunun biabırçılığını ört-basdır etmək üçün həmin məhbusların guya könüllü olaraq cəbhəyə getmək istədiklərini bildirib. Vəziyyətin gərginliyini nəzərə alan qurum da “könüllü” olan şəxsləri həbsdən azad edib.

Həmçinin bildirilib ki, oktyabrın 30-da da 12 məhbus barəsində həbs qətimkan tədbiri dəyişdirilib və onlar azad olunaraq müharibəyə göndəriliblər. Beləliklə də, ümumilikdə 21 nəfər cəzaçəkmə müəssisəsindən cəbhəyə aparılıb.(Baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR