"Qarabağla matçda bütün riskləri gözə alacağıq" -

"İddimızı davam etdirmək üçün hər xal çox önəmlidir. Hər zaman deyirik ki, ölməmiz üçün çıxış edirik. Sabah qələbə qazanmaq istəyirik".

Metbuat.az fanat.az-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, əvvəlki iki görüşdə 4 qol vurublar və eyni sayda top buraxıblar: "Bu isə o deməkjdir ki, qol vura bilirik. Ancaq qələbə haqqında düşünürük. Bütün riskləri gözə alacağıq. Bəzi zədəli oyunçular var. "Qarabağ"la matç bizim üçün finaldır. Bunu yaxşı şəkildə bitirmək istəyirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR