"Düşmən ən dərin cəbhələrdə də məhv edilir" -

“Ordumuza qarşı asimmetrik qaydada mübarizə aparan düşmən qruplaşmaları bölmələrimiz tərəfindən ən dərin cəbhələrdə də məhv edilir”.

Metbuat.az xəbər verir ki, bunu bu gün keçirilən birifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

O bildirib ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə irəliləyərək torpaqlarımızı işğaldan azad edir:

“Ermənistanın hərbi siyasi rəhbərliyi hədəflərimiz barədə saxta fikirlər aşılayaraq, erməni cəmiyyətini Azərbaycan Ordusuna qarşı döyüşə cəlb etməyə çalışır. Döyüşə girən erməni döyüşçülər Ordumuz tərəfindən məhv edilir, geriyə qaçır, itkin və əsir düşür. Azərbaycan əsgəri bağçalarda, məktəblərdə və digər mülki obyektlərdə gizlənən namərd düşmənə qarşı mübarizə aparır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR