Bakı ermənisi hər şeyi etiraf etdi

Bakıda doğulub, boya-başa çatan Marianna adlı erməni qadının etirafı ermənilər arasında qəzəb oyadıb.

Metbuat.az xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində post paylaşıb:

“Mən bu zaman ərzində susdum, ancaq daha səbrim qalmayıb. Bakı erməniləri, mən sizə müraciət edirəm. Siz yaşadığınız şəhər və dostluq etdiyiniz insanlar haqqında necə iyrənc iftiralar danışa bilirsiniz? "

"Qalan erməni nümayəndələri narahat olmasınlar, çünki sizin haqqınızda ümumiyyətlə söhbət getmir. Siz o şəhərin və insanlarının necə olduğunu heç vaxt başa düşməyəcəksiniz”,- deyə o, qeyd edib.

Müharibəyə başlayan erməniləri qınayan Marianna onlara sualla müraciət edib:

“Nəyiniz əskik idi? Siz gözəl şəhərdə yaşayırdınız, yüksək vəzifələr tuturdunuz, azərbaycanlılar qədər məvacib alırdınız, həyatınızda nə çatmırdı? Başa düşürəm, olanları həzm edə bilmirsiniz. Axı, bu işlərdə bizim dostlarımız və qonşularımızın heç bir günahı yoxdur. Mən Bakı üçün çox darıxıram. Mənim erməni atam mənə bir millətə mənsub olmamışdan əvvəl insan olmağı öyrədib”.

Sonda erməni qadın yerlilərini bu münaqişədə əslində kimin günahkar olduğu barədə düşünmələrini tövsiyyə edib:

“Bəlkə kimin günahkar olduğu haqqında düşünəsiz? Sizcə, günahkar son tikənizi bölüşdüyünüz insanlardır, yoxsa müharibə yolu ilə zorla bu torpaqlara soxulanlardır? Sizdən cavab gözləmirəm. Çünki bilirəm ki, siz bunu hətta özünüzə belə etiraf etməyəcəksiniz”. (Bizim.media)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR