COVID-19-a yoluxanların sayı 48 milyonu keçdi

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 48 milyon 438 min 567 nəfərə çatıb.

Metbuat.az worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 231 min 19 nəfərdir.

İndiyədək 34 milyon 674 min 181 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR