“Bayraktar”lar yeni dizaynda istehsal olunacaq - FOTO

.

Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatları yeni dizaynda istehsal olunacaq.

Metbuat.az xəbər verir ki, son dövrlərdə, xüsusilə də Dağlıq Qarabağ münaqişə zonasında hərbi əməliyyatlarda qazandığı uğurlarla diqqət cəlb edən “Bayraktar”ın ön hissəsi köpək balığının ağzı formasında dizayn ediləcək. Yeni dizaynın müəllifi Ömər Erkmendir.

Qeyd edək ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktardır. Bu aparatlar 2014-cü ildən Türkiyə ordusunda istifadə olunmağa başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR