Azərbaycanın təşəbbüsü ilə BMT-nin Xüsusi Sessiyası keçiriləcək

BMT Baş Assambleyasının COVID-19 üzrə Xüsusi Sessiyasının detalları barədə qərar üzv ölkələrin böyük dəstəyi ilə bu gün Baş Assambleyada qəbul edilib.

Metbuat.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 75-ci Sessiyasının sədri Volkan Bozkır "Twitter" hesabında yazıb.

V.Bozkır bildirib: "COVID-19 ilə əlaqədar dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiya 3-4 dekabr 2020-ci il tarixlərində sədrliyimlə keçiriləcək. Dünya liderləri qarşılaşdığımız bu böyük problemə qarşı BMT-də toplanacaqlar. Səhiyyə, iqtisadiyyat, maliyyələşdirmə və peyvəndlər daxil olmaqla COVID ilə mübarizənin bütün aspektləri hökumətlərin, özəl sektorun, akademik dairələrin və vətəndaş cəmiyyəti liderlərinin iştirakı ilə ətraflı müzakirə ediləcək".

BMT Baş Assambleyasının Azərbaycan Nümayəndəliyinin rəsmi “Tvitter” səhifəsində isə qeyd edilib ki, BMT-nin Baş Assambleyası Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüs göstərdiyi yeni növ koronovirusla əlaqədar BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının keçirilmə qaydası haqqında qərar qəbul edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR